Xəbər lenti

Prezident beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizlikdən danışdı
İdman 13:25 30.04.2026

Prezident beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizlikdən danışdı

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizliklərdən danışıb.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:
 
"Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”.
--> -->