Xəbər lenti

Prezident bir qrup mədəniyyət xadimini təltif edib - SİYAHI
Ölkə10:57 19.09.2016

Prezident bir qrup mədəniyyət xadimini təltif edib - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında" sərəncam imzalayıb. 

Sənədə əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Qafarova Zemfira Həsən qızı

Quliyeva Zəhraxanım Teymur qızı.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Xalq artisti”

Şərifov Munis Məmməd İsmayıl oğlu

“Əməkdar incəsənət xadimi”

Kərimova Ülviyyə Oqtay qızı

Lalayev Əliqismət Hümmət oğlu

Səlimxanov Cahangir Talib oğlu

Yablonski Dmitri Albertoviç

“Əməkdar artist”

Abdullayev Nizami Ağabala oğlu

Bağırova Aybəniz Cavad qızı

Cəfərov Vasif Faiq oğlu

Növrəsli Nurlan Növrəs oğlu

“Əməkdar müəllim”

Manafov İkram Atabala oğlu

Orucova Məhin Əli qızı

“Əməkdar mədəniyyət işçisi”

Bədəlov Yanvar Piralı oğlu

Həsənov Zaman Hüseyn oğlu

Hüseynli Rauf Eyyub oğlu.

Qaynarinfo.Az