Xəbər lenti

Prezident dövlət qulluqçularının maaşılarını artırdı (SƏRƏNCAM)
Ekonomiks10:21 09.03.2019

Prezident dövlət qulluqçularının maaşılarını artırdı (SƏRƏNCAM)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev dövlət qulluqçularının maaşlarının artırılması haqda sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncamda deyilir: 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 511, № 7 (II kitab), maddə 1574, № 11, maddə 2287) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə "165” rəqəmləri "200” rəqəmləri ilə əvəz edilsin;
1.2. həmin Sərəncamla təsdiq edilmiş 2 nömrəli Əlavənin 2.4.1.1–2.4.1.4-cü yarımbəndlərində "185”, "175”, "170” və "165” rəqəmləri müvafiq olaraq "215”, "210”, "205” və "200” rəqəmləri ilə əvəz edilsin.
2. Bu Sərəncam 2019-cu il martın 1-dən tətbiq edilir.