Xəbər lenti

Prezident Ədliyyə Nazirliyi əməkdaşlarına rütbə verdi
Ölkə15:25 20.11.2014

Prezident Ədliyyə Nazirliyi əməkdaşlarına rütbə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına rütbə verilməsi ilə bağlı sərəncam imzalayıb.

Qaynar.info “AzərTAc”a istinadən xəbər verir ki, sərəncamda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Əliyev Adil Şirməmməd oğlu   -      Qanunvericilik baş idarəsinin rəisi

Qasımov Elçin Lütvəli oğlu      -      Təşkilat-nəzarət baş idarəsinin rəisi.

Qaynar.info