Xəbər lenti

Prezident əmək pensiyalarının artırılmasını imzaladı
Ekonomiks14:35 27.02.2019

Prezident əmək pensiyalarının artırılmasını imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. 
Qaynarinfo xəbər verir ki, qanunun 6-1-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilir:
"Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”. 
Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.