Xəbər lenti

Prezident Həzi Aslanovun abidəsini ziyarət etdi - FOTO
Ölkə06:04 09.05.2013

Prezident Həzi Aslanovun abidəsini ziyarət etdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan prezidenti İlham Əliyev 9 May – Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin qarşısına əklil qoyub, Böyük Vətən Müharibəsində dünyasını dəyişmiş insanların xatirəsini yad ediblər. Daha sonra dövlət başçısı müharibə veteranları ilə görüşüb, onların xatirələrini dinləyib, problemləri ilə maraqlanıb.
 
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Qaynar.info