Xəbər lenti

Prezident iki rayona 8 milyon manat ayırdı
Ekonomiks14:23 29.10.2018

Prezident iki rayona 8 milyon manat ayırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Qax və Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı hər iki şəhərdə istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binalarının tikintisi üçün Qax rayon İcra Hakimiyyətinə və Şəki Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayırıb.
Prezident Qax rayonunun Əlibəyli kəndində 216 şagird yerlik, Şəki şəhərində isə 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı da sərəncamlar imzalayıb. İlham Əliyev hər məktəb üçün Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat vəsait ayırıb.