Xəbər lenti

Prezident minimum əməkhaqqını 38,5 faiz artırdı (SƏRƏNCAM)
Ekonomiks13:59 08.02.2019

Prezident minimum əməkhaqqını 38,5 faiz artırdı (SƏRƏNCAM)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev "Minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb. 
Qaynarinfo xəbər verir ki, sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.
Sərəncamda Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Azərbaycanda indiyədək minimum aylıq əməkhaqqının məbləği 130 manat idi.