Xəbər lenti

Prezident Müşahidə Şurasının tərkibini genişləndirdi
Ekonomiks08:31 22.07.2022

Prezident Müşahidə Şurasının tərkibini genişləndirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli fərmanında dəyişiklik edib.
Qaynarinfo xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, qurumun Müşahidə Şurasının üzvlərinin sayı 3-dən 10-a çatdırılıb.
Prezident həmçinin "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli sərəncamında dəyişiklik edib.
İ.Əliyevin bununla bağlı imzaladığı yeni sərəncamla Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib:
Müşahidə Şurasının sədri
Baş nazir
Müşahidə Şurasının üzvləri
Prezidentin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Prezidentin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Birinci vitse-prezidentin köməkçisi
Birinci vitse-prezidentin köməkçisi
iqtisadiyyat naziri
maliyyə naziri
əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Mərkəzi Bankının sədri
Dövlət Neft Fondunun İcraçı direktoru