Xəbər lenti

Prezident ola bilmədi, milyonçu oldu
Ekonomiks12:10 07.05.2013

Prezident ola bilmədi, milyonçu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qor 2000-ci ildə prezident Corc Buşa məğlub olduqdan sonra birdən-birə varlanmağa başlayıb. 

Qaynar.info-nun məlumatına görə, Bill Klintonun zamanında vitse-prezident olan keçmiş senator Albert Qor bu gün 200 milyonluq sərvətə sahibdir. 

Al Qor 2000-ci ildə prezidentliyə namizədliyini verən zaman Tennesi ştatındakı ailə mülkündən əldə etdiyi gəlirlə 1.7 milyon dollarlıq gəlir əldə etdiyini açıqlamışdı. Qor 13 il sonra hissədarı olduğu kanalın Əl Cəzirəyə satılması ilə sərvətinə 100 milyon dollar da qatdı. 

İnternet və yeni texnologiyaları yaxından izləyən Qor bu sahədə bir çox səhmlərin də rəhbəri olub. Google şirkətində menecerlik edən Qora sonradan Stiv Cobsdan "Apple"in idarə heyətinə qatılması üçün təklif gəldi. 

Buna baxmayaraq, Qor ən çox satılanlar siyahısına daxil olan "Eart In Balance", "An Inconvenient Truth" və "The Assault On Reason" kitablarından əldə etdiyi gəlirləri hesaba almayıb. Qor kitablardan qazandığı pulları özünün yaratdığı "Climate Reality Project" şirkətinə yatırıb. 

"An Inconvenient Truth" kitabının ssenarisi əsasında çəkilmiş film Qora Oskar mükafatı qazandırdı. 

Qaynar.info