Prezident İlham Əliyev Elçin Bağırovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elçin Tələt oğlu Bağırov "Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, E.Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsində çalışır. O, 1984-1992-ci illərdə Xarici İşlər Nazirliyində II katib, I katib və 1992-ci ildən 2004-cü ilə kimi nazirliyin Dövlət protokolu idarəsi rəisinin müavini və rəisi vəzifələrində çalşıb. Elçin Bağırov 25 mart 2004-cü ildən Protokol xidmətinin rəisi işləyir. Bu gün onun 60 yaşı tamam olur.