Xəbər lenti

Prezident qızının ölüm xəbəri yayıldı
Ölkə12:27 22.11.2016

Prezident qızının ölüm xəbəri yayıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın qətlə yetirildiyi haqda məlumatlar yayılıb.

Axar.az Rosbalt-a istinadən xəbər verir ki, 44 yaşlı Kərimova zəhərlənərək, öldürülüb.

Sözügedən xəbərin mənbəsi kimi Özbəkistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı çıxış edib.

Müxtəlif mənbə və KİV-in xəbəri yaymasına baxmayaraq Gülnarənin ölümü haqda rəsmi açıqlama verilmir.

Özbəkistan vətəndaşları Gülnarənin ölüm xəbərinin ya təsdiq ya da inkar olunmasını tələb edir. Vətəndaşlar və gənc aktivistlər sosial şəbəkələrdə “#ShowMeGulnara” (Mənə Gülnarəni göstər) haştaqı altında etirazlara başlayıb.

Qaynarinfo.Az