Xəbər lenti

Prezident Samir Qurbanovu şuranın tərkibindən çıxardı (SƏRƏNCAM)
Ekonomiks13:19 03.09.2022

Prezident Samir Qurbanovu şuranın tərkibindən çıxardı (SƏRƏNCAM)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinə dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Aparatının Sənaye şöbəsinin müdiri müşahidə şurasının üzvləri siyahısından çıxarılıb. Onun əvəzinə siyahıya Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini əlavə edilib.
Eyni zamanda siyahıdan "Samir Qurbanov ‒ Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri” üzvlükdən çıxarılıb və yerinə "Faiq Mütəllimov – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Ekoloji siyasət şöbəsinin müdiri” əlavə edilib.