Xəbər lenti

Prezident seçkilərində nə qədər seçici iştirak edəcək?
Ölkə12:11 29.05.2013

Prezident seçkilərində nə qədər seçici iştirak edəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edəcək seçicilərin sayı 4 986 296 nəfərdir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

 O deyib ki, qadın seçicilərin sayı 2 462 983 nəfər, kişilərin sayı isə 2 523 313 nəfərdir: “İlk dəfə olaraq səsvermədə iştirak edənlərin sayı isə 114 minə yaxındır. Yaşı 85-90 arası olanların sayı 27 014, 90-100 arası olanların sayı  6 424, yaşı 100-dən yuxarı olanların sayı isə 825 nəfərdir. Ən yaşlı seçici isə 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 24 saylı seçki məntəqəsinin seçicisi 1889-cu il təvəllüdlü, 124 yaşlı Dadaşova Gözəl Əli qızıdır”.

 M.Pənahov qeyd edib ki, ən çox seçici yaşı olan qrup 19-30 yaş arasıdır: “Bu yaşda olan seçicilərin sayı 1 317 353 nəfərdir. Bu da seçicilərin 27,6%-ni təşkil edir”.

M.Pənahov bildirib ki, seçici siyahıları müvafiq dövlət qurumları ilə birgə hazırlanıb. O qeyd edib ki, proses mayın sonuna qədər yekunlaşacaq.

Qaynar.info