Xəbər lenti

Prezident Şəmkirdə açılış etdi (FOTOLAR)
Ölkə13:58 03.03.2020

Prezident Şəmkirdə açılış etdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şəmkir rayonuna səfərə gəlib.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı əvvəlcə Şəmkir şəhərində Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda görülən işlər barədə Prezidentə məlumat verib.
Dövlət başçısı daha sonra "Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimində iştirak edib.
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə kompleks barədə məlumat verib. Prezident kompleksin işə salınmasını bildirən düyməni basıb.
Prezident İlham Əliyev kompleksin kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.