Xəbər lenti

Prezident təqaüdləri artırdı - olimpiya çempionları üçün
İdman15:17 23.12.2016

Prezident təqaüdləri artırdı - olimpiya çempionları üçün

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında sərəncam imzalayıb. 
Qaynarinfo.Az xəbər verir ki, sərəncama əsasən Azərbaycanın olimpiya çempionları üçün prezidentin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilib.
“Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 594; 2006, № 5, maddə 403; 2008, № 1, maddə 5, № 9, maddə 793) 1-ci hissəsinin birinci cümləsində “min” sözü “1300 (min üç yüz)” sözləri ilə əvəz edilib.
Qaynarinfo.Az