Xəbər lenti

Prezidentdən tarixi qadağa
Ölkə12:23 24.02.2015

Prezidentdən tarixi qadağa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şimali Koreya lideri daha bir tarixi qadağaya imza atıb. 

Anspress-in məlumatına görə, Kim Çen In Ebola təhlükəsinə görə, aprel ayında paytaxt Pxenyanda keçirilməli olan beynəlxalq marafon yarışlarına əcnəbi dmançıların qatılmasını qadağan edib. 

Ölkə rəhbərliyi xəstəliyin Şimali Koreyada da yayılacağından ehtiyat edir. 

Şimali Koreya 9 mindən çox insanın ölümünə səbəb olan Ebolanın yayılacağından qorxan rəhbərlik oktyabr ayından ölkəyə girişi məhdudlaşdırmışdı. 

Marafonla bağlı Şimali Koreyaya 500 turistin gələcəyi gözlənilirdi. 

Xatırladaq ki, Ebola virusu Afrikadan yayılmağa başlayıb. Virus 9 mindən çox insanın ölümünə səbəb olub.

Qaynar.info