Xəbər lenti

Prezidentin köməkçisindən tibb işçilərinə xəbərdarlıq
Ölkə07:43 20.08.2021

Prezidentin köməkçisindən tibb işçilərinə xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Təəssüf ki, saxta COVID-19 pasportu verən tibb işçiləri var. Xəstələr var ki, onların pasportu var və reanimasiyadadır. İnsan öz əli ilə pul verib və bu gün onun həyatı təhlükə altındadır”.
Qaynarinfo xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu kimi faktlar araşdırılır:
"İnsanlar nəinki öz həyatı ilə oynayırlar, həm də dövlətin siyasətinə xələl gətirirlər. Bununla mübarizə davam edir. Buradan da tibb işçilərinə xəbərdarlıq edirik ki, bu kimi hallara yol verənlər məsuliyyətə cəlb olunacaqlar”.