Bakının məşhur 6 nömrəli orta məktəbi... Bir çox tanınmış şəxslərin təhsil aldığı bu məktəbin ən məşhur şagirdi prezident İlham Əliyev olub.
Bunu elə-belə demədik. Belə ki, bu məşhur məktəbin yanındakı yola bir "slaqbaun" qurulub. Məktəbə heç aidiyyatı olmayan bu "slaqbaun"a nəzarəti bir polis əməkdaşı edir. İllərdir "slaqbaun"un yanında dayanan asayiş keşikçisi səhərdən axşama qədər əlində "pult"la onu endirib-qaldırır. Bir sözlə, dayanacaq gözətçisi rolunu oynayır, burda dayanan maşınlardan parkinq haqqı alır.
Maraqlıdı, prezidentin təhsil aldığı bu məşhur məktəbin yanında qurulan "slaqbaun" kimə və nəyə lazımdı? Ən əsası polis əməkdaşı burda niyə "stayanşik"lik etməlidi? Bu polis əməkdaşını illərdir "şlaqbaun"un qabağında kim dayandırıb, əlinə "pult"u kimi verib, dayanacaq haqqını yığmağı kim tapşırıb, bu pullar kimin cibinə gedir? İnanırıq ki, Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı rəsmi mövqeyini tezliklə açıqlayıb, bütün suallara cavab verəcək...
Qaynarinfo.az