Xəbər lenti

Prezidentin Tibbi Xidmət maşını hərraca çıxarıldı
Ölkə11:07 27.02.2018

Prezidentin Tibbi Xidmət maşını hərraca çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti göstərən avtomobili satışa çıxarılıb.
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 27 mart tarixində özəlləşdirməyə təqdim edəcəyi avtomobillərin siyahısını təqdim edib. Siyahıda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti avtomobili də var.
Prezidentinin Xüsusi Tibb Xidməti göstərən 2004-cü ilin "Hyunday Sonata” markalı avtomobili 5000 manata satışa təqdim edilib.
Bundan başqa, təşkil edilən hərracda ümumilikdə 10 avtomobil təqdim ediləcək ki, onlardan 7-si Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına, biri Bakı Metropoliteni QSC-yə, 2-si Dövlət Statistika Komitəsinin Sabirabad rayon Statistika İdarəsinə aiddir.