Xəbər lenti

Prezidentin xüsusi nümayəndəliklərində yeni vəzifələr yaradıldı (FƏRMAN)
Ölkə10:05 22.02.2021

Prezidentin xüsusi nümayəndəliklərində yeni vəzifələr yaradıldı (FƏRMAN)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Qaynarinfo-nun xəbərinə görə, fərmanla İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi vəzifələri əlavə edilib.