XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Prezidentin yeni rütbə verdiyi sərhədçilər kimdir? - DOSYE
Ölkə12:52 17.08.2026

Prezidentin yeni rütbə verdiyi sərhədçilər kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Qaynarinfo-nun məlumatına görə, general-mayor Babək Mürsəl oğlu Ələkbərov, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmov, general-mayor Faiq Həmzəağa oğlu Məmmədov general-leytenant ali hərbi rütbəsi, polkovnik Elfan Şakir oğlu Quliyev isə general-mayor ali hərbi rütbəsi alıb.

General-leytenant Babək Mürsəl oğlu Ələkbərov 2023-cü ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O, 2020-ci ildə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dövlət Sərhəd Xidməti əməkdaşlarının Peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərib, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.

General-leytenant Aqşin Ramiz oğlu Məhərrəmov Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanıdır. Aqşin Məhərrəmov Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən, 2010-cu ildə "İgidliyə görə" medalı, 2012-ci ildə "Azərbaycan Bayrağı" ordeni, 2014-cü ildə "Vətən uğrunda" medalı, 2016-cı ildə "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni, 2019-cu ildə isə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

09.10.2020-ci il tarixli Sərəncamla Azərbaycanın ali hərbi ordeni olan "Zəfər" ordeni ilə təltif edilib. İlham Əliyevin 24.12.2020-ci il və 25.12.2020-ci il tarixli Sərəncamları ilə Aqşin Məhərrəmov "Cəbrayılın azad olunmasına görə" medalı və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Aqşin Məhərrəmov 2022-ci ilin avqustunda Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi Baş İdarəsin rəisi vəzifəsinə təyin edilib. 22 iyun 2023-cü ildə Baş Qərargahın Dövlət Sərhədinin Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsindən azad olunub və Dövlət Sərhəd Xidməti Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanı vəzifəsinə təyin edilib.

General-leytenant Faiq Məmmədov DSX Mərkəzi Aparatının rəhbəridir. O, daha əvvəl DSX-də Baş idarə rəisi vəzifəsində işləyib, həmçinin qısa müddətə DSX Akademiyasının rəis əvəzi olub.

Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qoşunlarında xidmət edib. Faiq Məmmədov uzun müddət HHQ və HHM qoşunlarının Bakı yaxınlığındakı hərbi hissələrindən birinin komandiri olub. O, 2013-cü ilin noyabr ayında Müdafiə Nazirliyində təxris olunandan sonra, Dövlət Sərhəd Xidmətində xidmətini aviasiya sahəsində davam etdirib.

DSX-da xidmətdə olarkən Faiq Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə, 2014-cü ildə "Vətən uğrunda” medalı ilə, 2016-cı ildə "İgidliyə görə” medalı, 2020-ci ilin dekabr ayında 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 2024-cü ildə ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

General-mayor rütbəsi alan Elfan Şakir oğlu Quliyev uzun illər Dövlət Sərhəd Xidmətinin sıralarında mühüm vəzifələrdə xidmət edib.

Aydın