Xəbər lenti

Prezidentlər "Bakcell Arena"dakı təxribatdan danışdı
Ölkə12:50 02.08.2014

Prezidentlər "Bakcell Arena"dakı təxribatdan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan və Azərbaycan prezidentləri İlham Əliyev ilə Georgi Marqvelaşvili arasında telefon danışığı olub. Fanat.az xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administarsiyası məlumat yayıb.

Məlumata görə, prezidentlər öləkələr arasında ikitərəfli münasibətləri və gələcək perspektivləri müzakirə ediblər. İlham Əliyev və Georgi Marqvelaşvili bir neçə gün əvvəl Azərbaycanda futbol oyunu zamanı baş verən hadisəni də müzakirə ediblər. “Belə insidentlər iki ölkənin dostluq münasibətlərinə təsir edə bilməz” deyə prezidentlər bildiriblər.

Qeyd edək ki, iyulun 31-də Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Neftçi” və “Çixura” arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər stadionda Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asmışdılar. Məhz bu amil azarkeşlər arasında qarşıdurmalara səbəb olmuşdu.

Qaynar.info