
Fransa və Almaniya Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyanın oktyabrın sonuna Parisdə keçiriləcək görüşə böyük ümid bəsləyir. Qaynar.info-nun Musavat.com-a istinadən məlumatına görə, bu barədə Fransanın Ermənistandakı səfiri Anri Reno bildirib.
Onun sözlərinə görə, məsələdə Minsk Qrupunun irəli sürdüyü baza prinsiplər əsasında uzun müddətli anlaşma əldə eləməyin vaxtı çatıb.
Öz növbəsində alman səfir Rayner Morel Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlər olmadan Qarabağ nizamlamasında irəliləyiş əldə olunmasını qeyri-mümkün saydığını deyib. “Hərgah, hər iki tərəfdən düşmənçilik bəyanatları səslənməkdə davam edir, bununla belə, bu cür görüşlərin faydası var” - əlavə edib diplomat.