Xəbər lenti

Prezidentliyə 6 namizədin adı açıqlandı
İdman10:31 07.06.2013

Prezidentliyə 6 namizədin adı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq Olimpiya Komitəsinə prezident seçkiləri seçiləcək.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2013-cü ildə prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını açıqlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, BOK prezidenti Jak Roqteni əvəz edəcək namizədlər 6 nəfərdir. O, 2001-ci ildən quruma rəhbərlik edir.

Namizədlər Sergey Bubka(Ukrayna), Nq Ser Mianq (Sinqapur), Tomas Bax (Almaniya), Çinq-Kuo Vu (Tayvan), Riçard Kerrion (Puero-Riko) və Denis Osvald (İsveçrə). 

Seçkidə iştirak edənlər öz proqramlarını 3-4 iyulda BOK-un iclasında nümayiş edəcəklər. Seçkilər sentyabrın 10-da Buenos-Ayresdə keçiriləcək.

Qaynar.info