Xəbər lenti

Professor ləqəbli futbolçu: “Malta bizi oyun baxımından da məğlub etdi”
İdman14:15 28.03.2022

Professor ləqəbli futbolçu: “Malta bizi oyun baxımından da məğlub etdi”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millimizin sabiq üzvü Mahmud Qurbanov komandanın Malta ilə matçdakı nəticəsindən danışıb. 
Qaynarinfo-ya açıqlamasında məğlubiyyətlə bağlı narazılığını ifadə edən mütəxəssis bunları söyləyib:
"Biz təkcə hesabda deyil, oyunla uduzduq. Yəni elə bir oyunumuz da yox idi. Malta bizi oyun baxımından da məğlub etdi. Düzdür, yoldaşlıq görüşüdür, hesabın önəmli olmadığını deyirik. Amma belə deyil, əslində önəmlidir. Ola bilər ki, yaxşı oynayarsan, ancaq uduzarsan. Biləsən ki, gələn oyunlardan bunu davam etdirsən, nəticə qazanmaq mümkündür. İş orasındadır ki, yığmada oyun da yoxdur. Hər iki aspektdə çox pis idik”.
"Professor” ləqəbli veteran futbolçu yığmada gəncləşdirmə prinsipinə ehtiyac olmadığını deyib:
"Bir şey deyim, bu gün kim xeyir verə bilərsə, adından, təcrübəsindən asılı olmayaraq, onlar oynamalıdırlar. Düzdür, hər yığma komandaya təcrübəlilər lazımdır. Amma onlar yaxşı formadadırsa oynamalıdırlar. Gəncləşdirmə? Ümumiyyətlə, yığmada belə prinsip olmamalıdır. Gəncləşdirmə vaxt aparmaqdır. O vaxt olar ki, 3-5 ilə yetişsinlər. Bu yığmadır, pasportundan asılı olmayaraq kim fayda verəcəksə, xarakter göstərəcəksə, onlar da oynamalıdır”.
Qurbanov qarşıdan gələn Latviya ilə yoldaşlıq matçı haqda da düşüncələrini bölüşdü: 
"Latviya ilə oyunda nəticə göstərmək lazımdır. Malta ilə matçda komanda oyun göstərmədiyi üçün bu matç haqda çətinliklə danışa bilərik. Yığma məğlubiyyətdən nəticə çıxarıb, xarakter göstərərək qələbə qazanmalıdır”.
Səbuhi Həsənov