Xəbər lenti

Professor peşəkarlığın ATV-dən getməyindən danışdı
Ölkə06:07 11.04.2015

Professor peşəkarlığın ATV-dən getməyindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Ümumi peşəkarlığın aşağı düşdüyü bir məkanda bu standartlardan danışmaq qeyri-mümkündür”. Bu sözləri Axar.az-a açıqlamasında professor, teletənqidçi Qulu Məhərrəmli televiziyalarda eyni formatda proqramların yayımlanmasına münasibət bildirərkən dedi. Mütəxəssisin fikrincə, bu kimi hallar artıq adiləşib:
“Əlbəttə, arzuolunandır ki, rəngarəng formatlar olsun, proqramlar bir-birinə oxşamasın. Ümumiyyətlə, söhbət ATV kanalından getmir. Hazırda Azərbaycan televiziyasında verilişlərin hamısı bir-birinə oxşayır, orijinal formalar azalıb. Baxın AzTV-yə, İctimai TV-yə, verilişlər bir-birindən hansı əlamətlərinə görə fərqlənir? Mənim üçün ümumi peşəkarlığın aşağı düşdüyü bir məkanda bu standartlardan danışmaq qeyri-mümkündür”.
Xatırladaq ki, ATV kanalında Zaur Baxşəliyev və onun komandası mart ayının əvvəllərindən başlayaraq verilişinin formatına uyğun olmasa da, itkin düşmüş şəxslərin axtarışı ilə məşğuldur. Qeyd edək ki, Xoşqədəm Hidayətqızının eyni kanalda bu formatda “Səni axtarıram” verilişi yayımlanırdı. 
Qaynar.info