Xəbər lenti

Prokuror Bəxtiyar Hacıyevə 11 il iş istədi
Ölkə 11:42 28.12.2024

Prokuror Bəxtiyar Hacıyevə 11 il iş istədi

Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək Bəxtiyar Hacıyevin 11 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillər çıxış üçün vaxt istəyib.

Proses yanvarın 6-da davam etdiriləcək.

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

Ötən il ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->