
İyulun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Texnikabank”dan bir qrup şəxsin, o cümlədən Yasamal filialının sabiq müdir müavini Elnur Seyidovun işi üzrə proses davam etdirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza təklifi verib. O, AXCP sədri Əli Kərimlinin qayını olan Elnur Seyidovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Elnur Seyidovu ötən il martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tutub. O, dələduzluqda, mənimsəmə və ya israf etmədə, vəzifə saxtakarlığında, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmədə ittiham olunub.
Dövlət ittihamçısı ümumilikdə 20 nəfərdən çox şəxsin həbs cəzasına məhkum olunmasını təklif edib. Məhkəmə prosesi iyulun 20-dək təxirə salınıb.
Teleqraf.com