Xəbər lenti

Prokurorluq Azərbaycanın "qara siyahı”sındakı naziri korrupsiyada ittiham edir
Ölkə15:00 21.03.2017

Prokurorluq Azərbaycanın "qara siyahı”sındakı naziri korrupsiyada ittiham edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransada Maliyyə Prokurorluğu daxili işlər naziri Bryuno Le Runun qızlarına parlamentdə köməkçisi kimi işləmələrinə şərait yaratması barədə məlumatı araşdırır.

Virtualaz.org bildirir ki, bu barədə BFMTV telekanalı bu gün öz mənbələrinə istinadən məlumat yayıb.

Dünən məlum olub ki, B. L. Runun məktəbli və tələbə olan iki qızı Fransa parlamentinin aşağı palatası-Milli Şurada onun köməkçiləri kimi işləyib. Daxili işlər naziri qızlarının məktəblilərin yay tətilində işlədiyini və daimi olmayan əsaslarla işlədiyini bildirib. Bununla belə, məlum olub ki, 2009-2016-cı illərdə B. L. Runun qızlarından biri ilə 10, digər ilə 14 müvəqqəti əmək müqaviləsi bağlanıb. Deputat köməkçiləri kimi qızlara ümumilikdə 55 min avro əməkhaqqı verilib.

B. L. Ru bu gün planlaşdırılan bütün səfərlərini ləğv edib, yalnız baş nazir Bernar Kaznevlə görüş nəzərdə tutulub.

Qeyd edək ki, Bryuno Le Ru işğal edilmiş Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahı"sına salınmış şəxslərdəndir.

Onu da xatırladaq, Le Ru həm də "ermənilərin soyqırımı" inkarının kriminalizasiyası haqda qanun layihəsinin tərəfdarlarından biridir.

Qaynar.Az