
Azərtac xəbər verir ki, açıqlamada “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” ictimai birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Azərbaycan Respublikasının Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 2013-cü il oktyabrın 29-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci, 192.2.3-cü, 213.2.1-ci, 213.2.2-ci və 308.2-ci maddələri ilə cinayət işi başlandığı bildirilir.
İş üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilib, zəruri ekspertizalar təyin edilməklə məhkəmənin müvafiq qərarı ilə qeyd edilən qurumlarda mühasibat uçotunun mövcud qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmamasının, vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin, sair daxil olmaların təyinatının qanuniliyinin müəyyənləşdirilməsi məqsədi ilə həmin nazirliklərin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri cəlb olunmaqla yoxlama təşkil edilib.
“İbtidai istintaqın ilkin mərhələsində və yoxlamanın aralıq aktına əsasən toplanmış sübutlar şübhələnməyə əsas verir ki, hüquqi qeydiyyatı olmayan “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin həmtəsisçisi və sədri Məmmədli Anar Asəf oğlu 2013-cü ilin may ayından etibarən rəhbərlik etdiyi qurumun icraçı direktoru Süleymanlı Bəşir Süleyman oğlu ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 276010 ABŞ dolları məbləğində qrant müqaviləsini dövlət qeydiyyatına alınmış “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin adına rəsmiləşdirilməsi barədə qurumun rəhbəri Məmmədov Elnur Akif oğlu ilə razılıq əldə edib.