Xəbər lenti

Prokurorluqdan “Qara Tofiq” açıqlaması
Ölkə10:52 31.08.2013

Prokurorluqdan “Qara Tofiq” açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhər prokurorluğu Sabunçu rayonunda baş verən qətl hadisəsi barədə məlumat yayıb.

Prokurorluqdan verilən məlumata görə, avqustun 29-da Sabunçu rayonu ərazisində paytaxt sakini Tofiq Həsənovun odlu silahla qətlə yetirilməsi faktı üzrə Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, gəzdirmə və ya daşıma) maddələri ilə cinayət işi başlanıb.

Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində T.Həsənovu qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Güloğlan Abbasov avqustun 31-də tutularaq istintaqa cəlb edilib.

Cinayətin aləti olan 1 ədəd “Makarov” tipli tapança maddi sübut kimi götürülüb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qaynar.info