Xəbər lenti

Prosineçki Ermənistana məğlubiyyətə görə istefa verdi
İdman06:38 09.09.2019

Prosineçki Ermənistana məğlubiyyətə görə istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasından istefa verib.
Qaynarinfo xəbər verir ki, buna səbəb komandanın "AVRO-2020"nin seçmə mərhələsinin Ermənistanla matçında 2:4 hesablı məğlubiyyət olub.
"Mən hamı ilə danışdım və qərara gəldim ki, istefa verim. Komandaya rəhbərlik edərkən "AVRO-2020"yə yüksələcəyimizə inanırdım. Amma biz bunu edə bilmədik. İndi əvəzləyicim komandanı Millətlər Liqasına hazırlaya biləcək. Daha mən bu yığmada baş məşqçi deyiləm" deyə Prosineçki bildirib.
Qeyd edək ki, hazırda Bosniya və Herseqovina millisi J qrupunda 7 xalla 4-cü pilləni tutur.