Xəbər lenti

Prosineçki “Valensiya”ya rəhbərlik edə bilər
İdman19:43 20.04.2017

Prosineçki “Valensiya”ya rəhbərlik edə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə Azərbaycan yığma komandasının xorvatiyalı baş məşqçisi Robert Prosineçki İspaniyanın “Valensiya” klubuna rəhbərlik edə bilər.

"Qaynar" Report-a istinadən xəbərinə görə, bu barədə baş məşqçinin agenti Yaçar Çalisir məlumat verib.

Y.Çalisir “Valensiya”nın onun müştərisi ilə maraqlandığını bildirib.

“Valensiya” Prosineçki ilə danışıqlarda maraqlıdır. 

“Yarasalar”ın idman direktoru bu barədə mənə şəxsən məlumat verib”, - deyə “Weloba” onun sözlərini sitat gətirib.

Prosineçkinin yığma ilə müqaviləsi 2017-ci ilin dekabr ayınadək nəzərdə tutulub.

Qaynar.Az