Xəbər lenti

Prosineçkidən milllimizə qayıdacağı ilə bağlı iddialara cavab
İdman07:34 24.04.2020

Prosineçkidən milllimizə qayıdacağı ilə bağlı iddialara cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kayserispor” klubunun baş məşqçisi Robert Prosineçki "Sport.avaz.ba” saytına geniş müsahibə verib. 
 
Qaynarinfo xəbər verir ki, xorvat mütəxəssisdən Azərbaycan millisinin yenidən baş məşqçisi olacağı ilə bağlı yayılan iddialar da soruşulub. 
Prosineçki isə cavabında xəbərlərin həqiqət olmadığını söyləyib: "Bunu kimin yazdığını bilmirəm. Belə bir şey əsla yoxdur. Azərbaycandan heç kimlə əlaqə qurmamışam”. 
Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2014 - 2017-ci illərdə millimizin baş məşqçisi olub.