Xəbər lenti

Prosineçkiyə Belçika klubundan təklif gəlib
İdman05:49 03.01.2018

Prosineçkiyə Belçika klubundan təklif gəlib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkiyə yeni təklif gəlib.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, xorvatiyalı mütəxəssislə Belçikanın "Standard" (Lyej) klubu maraqlanır. 
Yerli mətbuat yazır ki, "Standard"ın məhz Prosineçkiyə təklif göndərməsi təsadüfi deyil. 49 yaşlı baş məşqçi 2000-2001 mövsümünün ikinci yarısında Lyej komandasında futbolçu kimi çıxış edib. O, 21 oyuna 4 qol vurub. Hazırda bu klub Belçika çempionatında 21 turdan sonra 26 xalla 9-cu pillədə qərarlaşıb. Komanda bu mövsüm cəmi 6 qələbə qazanıb. 
Qeyd edək ki, Robert Prosineçki Bosniya və Herseqovina milli komandasının da baş məşqçi postuna iki əsas namizəddən biridir. Yekun qərar bu gün veriləcək.