Xəbər lenti

Psixiatriya Xəstəxanası uşaq evindən göndərilmiş yeniyetmə ilə bağlı açıqlama yaydı
Ölkə07:39 03.04.2023

Psixiatriya Xəstəxanası uşaq evindən göndərilmiş yeniyetmə ilə bağlı açıqlama yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər yeniyetmənin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının damından özünü ataraq, intihar edəcəyi barədə bəzi sosial şəbəkələrdə video yayılıb.
Qaynarifno xəbər verir ki, Respublika Psixiatriya Xəstəxanası bununla bağlı açıqlama verib.
Məlumata görə, yayılan videoda məlumatların həqiqəti əks edib-etməməsini yoxlayarkən müəyyən olunub ki, görüntülər təxminən 20 gün öncə paytaxtın Xətai rayonu ərazisində yerləşən binalardan birinin damında çəkilib:
"Həmçinin, bildiririk ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında belə hündür bina mövcud deyil və dam örtükləri şiferdəndir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev video paylaşaraq uşaq evinə gətirilən ərzaqların onlara verilmədiyini iddia edib. Daha sonra o, qardaşının razılığı ilə Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.