Xəbər lenti

PSJ baş məşqçisini qovdu
İdman17:22 27.06.2016

PSJ baş məşqçisini qovdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Loran Blandan əlavə komandanın digər məşqçiləri də istefaya göndərilib.
PSJ rəsmən baş məşqçisini istefaya göndərib. ANS PRESS-in məlumatına görə, təcrübəli məşqçi Loran Blan növbəti mövsüm PSJ-də çalışmayacaq. İki tərəf arasında müqaviləyə xitam verilib. Bu barədə klubun prezidenti milyarder Naaser Əl Xəlfi.
“Biz klub ilə yeni səhifə açırıq. 3 il ərzində komanda ilə uğurlarımıza və nəticələrə görə Loran Blana təşəkkür edirəm. Ona gələcəkdə uğurlar arzu edirəm”. Baş məşqçidən əlavə komandanın digər məşqçiləri də istefaya göndərilib. 
Blan PSJ ilə 3 mövsüm işləyib. Məşqçi komandaya 11 kubok qazandırıb. 3 dəfə Fransa çempionatının qalibi, 2 dəfə Fransa kuboku, 3 dəfə liqa kuboku və 3 dəfə Fransanbın superkubokun çempionu olub. Loran Blanı “Sevilya” klubunun baş məşqçisi Unai Emeri qazanıb.
Qaynarinfo.az