Xəbər lenti

PSJ braziliyalı ulduzla yeni müqavilə bağladı
İdman05:15 20.05.2023

PSJ braziliyalı ulduzla yeni müqavilə bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ Markinyosla yeni müqavilə imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, 29 yaşlı futbolçu ilə müqavilənin müddəti 2028-ci ilə qədər uzadılıb. Bu barədə klubun rəsmi saytında bildirilib. 
2012/13 mövsümündə Sao Paulo gənclər akademiyasından "Roma”ya transfer olan Markinyos eyni mövsümün sonunda, 19 yaşında Paris təmsilçisinin heyətinə qoşulub. 
Braziliyalı futbolçu PSJ formasında 7 ölkə çempionluğu yaşayıb, 8 dəfə Fransa Superkubokunun, 6 dəfə Fransa Kuboku və eyni sayda Fransa Liqa Kubokunun qalibi olub.
Səbuhi Həsənov