Xəbər lenti

PSJ daha bir ulduzun transferini açıqladı
İdman12:47 06.07.2023

PSJ daha bir ulduzun transferini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ daha bir transferini elan edib.
Qaynarinfo-nun məlumatına görə Paris klubu Marko Asensio ilə müqavilə bağladığını açıqlayıb. İspan hücumçu ilə müqavilənin müddətinin 2026-cı ilə qədər olduğu bildirilib.
2015-ci ildə "Real"a transfer olunan Asensio burada keçirdiyi yeddi mövsümdə, 286 matçda meydana çıxıb. O, bu müddətdə 61 qola və 29 məhsuldar ötürməyə imza atıb. 
Asensio "Real"ın heyətində İspaniya çempionatının (2017, 2020, 2022), İspaniya Superkubokunun (2017 və 2020) və Çempionlar Liqasının (2017, 2018, 2022) qalibi olub. O, həmçinin Klublararası Dünya Kuboku (2016, 2017, 2018 və 2022), UEFA Super Kuboku (2016, 2017 və 2022) və İspaniya Kubokunu (2023) da başı üzərinə qaldırıb.
27 yaşlı solaxay futbolçu ilk dəfə 2016-cı ilin mayında Xulen Lopotegi tərəfindən İspaniya millisinə dəvət alıb. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında iştirak edib.
Səbuhi Həsənov