İdman 13:16 25.05.2022

PSJ-də qalmaqal - məşqçi qadınlara nalayiq hərəkətinə görə qovuldu

PSJ-nin qadınlardan ibarət komandasının məşqçisi Didye Olle-Nikol komandadan uzaqlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, buna səbəb onun klubdakı qadınlara qarşı nalayiq hərəkətlər etməsi ilə bağlı iddia olub. Bu haqda Paris təmsilçisindən açıqlama verilib. Açıqlamada məşqçinin komanda üzvlərinə qarşı "nalayiq hərəkətlərə" görə vəzifəsindən uzaqlaşdırıldığı bildirilib. 

Keçən iyul ayından bu vəzifədə olan məşqçi daxili təhqiqat yekunlaşana qədər məzuniyyətə göndərilib. Ölkəni və komandanı şoka salan bu hadisədən sonra klubdan verilən açıqlamada PSJ-nin dəyərlərinə uyğun gəlməyən şayiələrin araşdırıldığı bildirilib. 

Hazırda hadisə ilə bağlı dəqiq məlumat verilməsə də, qarşıdakı dövrdə hər şeyin aydın şəkildə izah ediləcəyi gözlənilir.

Səbuhi Həsənov