PSJ heyətini yeni futbolçu ilə gücləndirib.
Qaynarinfo-nun məlumatına görə, klub Manuel Uqarte ilə müqavilə imzalayıb. Fransa çempionu, 22 yaşlı Uqartenin "Sportinq"lə müqaviləsindəki 60 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə razı olduqdan sonra anlaşma imzalanıb.
Uruqvay millisinin üzvü yığmanın heyətində səkkiz oyunda şans qazanıb və "Sportinq”in 2022-ci ildə Portuqaliya Liqa Kubokunu qalibi olmasına kömək edib.
22 yaşlı futbolçu Lissabon təmsilçisində keçirdiyi iki mövsümdə izləyicilərin diqqətini cəlb etmişdi. Gənc futbolçu həmçinin PSJ ilə yanaşı "Çelsi"nin də transfer siyahısında idi.
Səbuhi Həsənov