Xəbər lenti

PSJ elə qiymət "oxudu" ki, ərəblər geri çəkildi
İdman09:12 07.08.2023

PSJ elə qiymət "oxudu" ki, ərəblər geri çəkildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ-nin futbolçusu Marko Verattinin "Al-Hilal”a transferi alınmaya bilər.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb Fransa klubunun futbolçunu baha qiymətə satmaq istəməsidir. "Relevo”nun xəbərinə görə PSJ Verrattini heyətinə qatmaq istəyən "Al-Hilal”dan 70-80 milyon avro tələb edir. Xəbərdə italyan ulduzun Səudiyyə Ərəbistanı klubu ilə üç il müddətinə anlaşmaq istəməsinə rəğmən, bu transferin baş tutmasının çətin göründüyü bildirilib. "Al-Hilal”ın transfer üçün 30 milyon avro təklif etdiyi bildirilir.
PSJ  rəhbərliyinin Verrattinin komandada qalmasını istədiyi də bildirilib. Xorxe Xesusun çalışdırdığı "Al-Hilal" daha əvvəl Xalidu Kolibali, Ruben Neves və Milinkovic Saviç kimi ulduzları transfer edib.
Səbuhi Həsənov