Xəbər lenti

İdman 14:18 25.12.2023

PSJ ilk transferini reallaşdırdı

PSJ Luis Enrikenin rəhbərliyi altında heyətinə qış transfer dönəminin ilk transferini həyata keçirib.

Qaynarinfo-nun məlumatına görə, hələlik bu barədə açıqlama verilməsə də, Fransa komandasının "Sao Paulo" ilə gənc braziliyalı müdafiəçi Lukas Beraldonun transferi ilə bağlı razılığa gəlindiyi barədə ölkə mətbuatında xəbərlər yer alıb. 

20 yaşlı solaxay müdafiəçinin PSJ ilə müqavilə şərtlərini razılaşdırdığı və parislilərin bu transfer üçün 20 milyon avro ödəyəcəyi bildirilir. 

Beraldo uzun müddətdir zədəli olan Presnel Kimpembe və Nuno Mendesin zədələrini kompensasiyası üçün transfer edilib. 

Beraldo Braziliya futbolunun ən perspektivli müdafiəçilərindən biri hesab olunur və bu mövsüm Avropaya transferi gündəmdədir.  O, müdafiə xüsusiyyətləri və fiziki gücü (boyu 1,86 m) və topla davranışı ilə də diqqət çəkir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->