PSJ ötən mövsümün əvvəlində "Barselona"dan ayrılan Lionel Messiyə yeni təklif edəcək.
Qaynarinfo xəbər verir ki, bu haqda İspaniyanın məşhur nəşrlərindən olan "Marca" qəzeti yazıb. Fransa Liqa 1 təmsilçisinin rəhbərliyi şəraitdən asılı olmayaraq Lionel Messi ilə davam etmək istəyir. PSJ, Kilian Mbappe kimi argentinalı superulduzu da siyahıda saxlamaq üçün əlindən gələni edəcək.
35 yaşlı Messiyə 1 illik yeni müqavilə təklif edilməsi planlaşdırılır. Argentinalı cavabını Qətərdəki dünya çempionatından sonra verəcək. Messi Argentinanın dünya çempionatındakı nəticələrinə görə Fransada qalıb-qalmamağa qərar verəcək.
Ötən il karyerasının ən durğun mövsümlərindən birini keçirən Lionel Messi PSJ-nin heyətində 34 oyunda 11 qola, 15 məhsuldar ötürməyə imza atıb.
Səbuhi Həsənov