PSJ Neymarı "Barselona"ya satmaq niyyətində deyil. 2017-ci ildə Marko Verrattinin transferinə cəhd edən katalon klubunun Paris təmsilçisi ilə münasibətləri həmin zamandan bəri qaydasında deyil.
"Marca"-nın məlumatına görə, prezident Nassel Al-Helayfi Neymarın "Barselona"ya keçidinin qarşısını almaq üçün forvardı iki dəfə "Real"a təklif edib. Təklif gec gəldiyi üçün Madrid klubundan braziliyalının xidmətində artıq maraqlı olmadıqları bildirilib.
Daha əvvəl Neymarın "Barselona"ya qayıtmaq istədiyinə dair xəbərlər yayılmışdı.