Xəbər lenti

İdman 20:10 21.04.2024

PSJ-nin baş məşqçisi tənqidçilərini itlərlə müqayisə etdi

PSJ-nin baş məşqçisi Luis Enrike onu tənqid edənləri itlərlə müqayisə edib.

Qaynarinfo xəbər verir ki, onun sözlərini jurnalist Adrien Greiner X sosial şəbəkəsində (keçmiş Twitter) dərc edib.

"10 ildən artıqdır ki, məşqçi kimi çalışıram. Bu müddət ərzində hücuma məruz qaldım, tənqid olundum, amma xoşuma gəldi, davam etsinlər. İtlər hürür, amma mən qaçmağa davam edirəm", deyə Enrike bildirib.

Qeyd edək ki, Fransa çempionatının 28 turundan sonra Enrikenin komandası 63 xal toplayaraq, ən yaxın izləyicisi "Brest"u 10 xal qabaqlayaraq birinci yerdədir. İspaniyalı mütəxəssisin komandası Çempionlar Liqasının 1/4 finalında "Barselona"nı yenib və yarımfinalda Dortmund "Borussiya"sı ilə qarşılaşacaq.

Enrike əvvəllər "Barselona", "Roma", "Selta" klublarını və İspaniya millisini (2018-2019, 2019-2022) çalışdırıb. Mütəxəssis 2023-cü ildən Paris klubuna rəhbərlik edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->