PSJ-nin futbolçusu Markinyos komandanın forması ilə 300 qələbə qazanmağı bacaran klubun ilk oyunçusu olub.
Qaynarinfo xəbər verir ki, noyabrın 3-də PSJ Fransa çempionatında "Monpelye"ni məğlub edib. Görüş 3:0 hesabı ilə başa çatıb.
Markinyos 2013-cü ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2028-ci ilə qədərdir.
PSJ 24 xalla turnir cədvəlinin ikinci pilləsini tutur. 25 xalı olan "Nitsa" birincidir. İlk üçlüyü 23 xalla "Monako” qapayır.
Aydın