Xəbər lenti

PSJ-nin sahibi Mbappenin kluba xəyanət etdiyini dedi
İdman05:25 07.08.2023

PSJ-nin sahibi Mbappenin kluba xəyanət etdiyini dedi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ-nin sahibi Nassir Əl-Xəlaifi fransalı hücumçu Kilian Mbappeni əsas komandaya qaytarmaqdan imtina edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Le Parisien” məlumat yayıb.
Mənbə qeyd edib ki, Paris klubunun rəhbəri futbolçunun yeni müqavilə imzalamaqdan imtina edərək PSJ-yə xəyanət etdiyinə əmindir və buna görə onu bağışlamaq niyyətində deyil.
Mbappenin Fransa komandası ilə müqaviləsi 2023/24 mövsümünün sonuna qədərdir. Hücumçu PSJ ilə müqaviləsini 2025-ci ilə qədər uzatmaq variantından istifadə etməkdən imtina edib.
"L'Equipe" xəbər verir ki, "Real Madrid" Mbappe PSJ-dən ayrılmaq niyyətini açıqlayanda ona təklif verəcək.
İyulun 24-də "Relovo" klubların artıq transfer barədə razılığa gəlməsinə baxmayaraq, Mbappenin PSJ-dən Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına keçməkdən imtina etdiyini bildirmişdi. Hücumçu "Real Madrid" ilə apardığı gizli danışıqların cəzası olaraq bütün növbəti mövsümü PSJ-də ehtiyat oyunçular skamyasında keçirməyə razılaşıb.
Aydın