Xəbər lenti

PSJ-nin sahibi Portuqaliya klubunu aldı
İdman06:51 11.10.2022

PSJ-nin sahibi Portuqaliya klubunu aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın bir çox aparıcı idman markası və biznesinin sahibi olan investisiya qrupu Fransa təmsilçisi PSJ-nin də sahibi olan"Qatar Sports Investments" şirkətlər qrupu "Olivedesportos" ilə razılaşma nəticəsində Portuqaliya klubu "Braqa"nın səhmlərinin 21,67%-ni satın alıb.
Qaynarinfo xəbər verir ki, Portuqaliya Qiymətli Kağızlar Bazarı Komissiyasına (Comissão do Mercado de Valores Mobiliários "CMVM”) və bazara elan edilən səhm alqı-satqısı müqaviləsi müəyyən satış şərtlərinə uyğun olaraq növbəti bir neçə ay ərzində yekunlaşacaq.
Hazırda Portuqaliya Premyer Liqasında 3-cü pillədə qərarlaşan "Braqa"nın 19 xalı var. 
Səbuhi Həsənov